Suriyada daha 19 terrorçu zərərsizləşdirilib

Suriyada daha 19 terrorçu zərərsizləşdirilib
  19 May 2022    Oxunub:801
Türkiyə Silahlı Qüvvələri PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib. Əməliyyat nəticəsində daha 19 terrorçu zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, terrorçular “Sülh çeşməsi” və “Zeytun budağı” antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə məhv edilib.

Onların Türkiyə Ordusunun hərbiçilərinə qarşı terror aktı planlaşdırdığı müəyyən edilib. Suriya ərazisində aparılan bu əməliyyatlar davam edir. Aprelin 18-də Ankara İraqda PKK-ya qarşı yeni hərbi əməliyyata başlayıb və bu əməliyyat zamanı 90-dan çox terrorçu zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti