Britaniya Rusiyanın ən böyük aviaşirkətlərini “qara siyahı”ya saldı

   Britaniya Rusiyanın ən böyük    aviaşirkətlərini “qara siyahı”ya saldı
  19 May 2022    Oxunub:712
Böyük Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Hava Yolları” aviaşirkətlərini sanksiyalar siyahısına daxil edib.
Britaniya hökumətinin saytında yerləşdirilə n sənədin yenilənmiş variantına əsasən, tətbiq edilən tədbirlərə üç şirkətin aktivlərinin dondurulması daxildir. “Aeroflot” Rusiyanın ən böyük aviaşirkətidir. Strateji əhəmiyyətli nəqliyyat sahəsində fəaliyyət göstərməklə Rusiya hökumətindən faydalanır və ona dəstək verir. Rusiya dövlətinə məxsus olduğu üçün Rusiya hökumətinə bağlı hüquqi şəxs kimi də fəaliyyət göstərir.

“Ural Hava Yolları”na qarşı sanksiyaların tətbiqi həm də onunla izah edilib ki, şirkət Rusiya Federasiyası üçün strateji əhəmiyyətli fəaliyyətlər həyata keçirir. Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, yeni məhdudiyyətlər Aeroflotun Britaniya hava limanlarında qalan slotlarının (uçuşun gəlməsi və ya qalxması üçün ayrılmış vaxt) satışından qazanc əldə etməsinə mane olacaq. Bu slotların qiyməti 50 milyon funt-sterlinqə (indiki məzənnə ilə 62 milyon dollar) çatır.

“Aeroflot” təyyarələrinin, eləcə də Rusiya və ya ölkə vətəndaşları ilə əlaqəli hər hansı digər təyyarələrin Böyük Britaniyanın hava məkanından istifadəsinə qadağa Rusiyanın Ukraynada hərbi əməliyyatının başladığı ilk gündən qüvvəyə minib. Buna cavab olaraq Rusiya Britaniya təyyarələrinə qarşı oxşar tədbirlər tətbiq etdi.

İlkin Nəcəfzadə
AzVision.az





Teqlər:





Xəbər lenti