Ərdoğan Üçüncü Dünya müharibəsindən danışdı

   Ərdoğan Üçüncü Dünya müharibəsindən danışdı
  19 May 2022    Oxunub:633
“Nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var”. AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Ərdoğan bildirib ki, hər iki dövlət başçısı ilə telefonla əlaqə saxlayır:
“Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - Türkiyə dövlət başçısı bildirib.

Türkiyə lideri hər iki ölkə ilə mövcud olan iqtisadi əlaqəərdən danışıb: “Hazırda istifadə etdiyimiz təbii qazın 50 %-ni Rusiyadan alırıq. Bu bizim üçün strateji əhəmiyyətə malik münasibətlərdir. Bu münasibətləri kəsib ata bilmərik. Digər tərəfdən Ukrayna ilə qida sahəsində əməkdaşlığımız var. Bunları da eyni şəkildə davam edirik. Bölgədə sabitliyin təminatçısı varsa, o da Türkiyədir. Bunu qorumalıyıq”.

AzVision.az


Teqlər: Türkiyə   Rusiya  





Xəbər lenti