Almaniya böhranla üzləşə bilər

Almaniya böhranla üzləşə bilər
  19 May 2022    Oxunub:1252
Almaniyada sənaye sektoru işçiləri arasında növbəti rəy sorğusunun nəticələri gözlənilməz olub.
Rəyi soruşulanların təqribən üçdəbir hissəsi Almaniyaya Rusiyadan enerji daşıyıcıları tədarükünə dərhal embarqo qoyulmasının tərəfdarı olduğunu bildirsə də, respondentlərin təqribən dörddəbir hissəsi belə bir radikal addımın nəticəsində onların müəssisələrinin bağlana bilməsi ilə əlaqədar narahatlıq keçirdiklərini gizlətmir.

Sorğuda iştirak edənlərin təqribən 90 faizi Rusiyadan qaz idxalının bərpaolunan elektrik enerjisi, hidrogen, maye təbii qaz və atom elektrik stansiyaları ilə əvəz edilməsinə tərəfdardır. Orta hesabla hər beş respondentin dördünün fikrincə, Rusiya Federasiyasından neft və qaz tədarükünün dayandırılması istehsal zəncirlərinin iflasına gətirib çıxaracaq. Bu baxımdan, dağ-mədən, kimya və energetika sənayesi işçiləri daha çox narahatdırlar. Onların təqribən yarısı öz şirkətlərində istehsalın əsaslı şəkildə yenidən qurulacağını gözləyir.

Sorğu iştirakçılarının əksəriyyəti hesab edir ki, tezliklə qazın və enerji daşıyıcılarının qiyməti kəskin artacaq və bu artım istehsala mənfi təsir göstərəcək lazım olmayacağını bildirib. Onlar narahatdırlar ki, indiki vəziyyət bütövlükdə sənayedə iş yerlərinin azaldılmasına gətirib çıxaracaq. Rəyi soruşulanların təqribən 9 faizi hesab edir ki, onların iş yeri yox olmaq təhlükəsi ilə üzləşib.

AzVision.az



Teqlər: Almaniya  





Xəbər lenti