Baş nazir söz verdi: Hücum olarsa, Polşa İsveç və Finlandiyaya kömək edəcək

     Baş nazir söz verdi:    Hücum olarsa, Polşa İsveç və Finlandiyaya kömək edəcək
  19 May 2022    Oxunub:1050
Polşa İsveç və Finlandiyanı NATO-ya daxil olana qədər hücumlardan qoruyacağını vəd edib. AzVision.az xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravietski Polşa Beynəlxalq Münasibətlər İnstitutunun konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya qoşulması Avropada təhlükəsizliyin artırılmasının əhəmiyyətli siqnalıdır və Rusiya üçün ciddi məğlubiyyətdir.
“Mən açıq şəkildə bildirmək istərdim ki, NATO-ya qəbul prosesində İsveç və ya Finlandiyaya hücum olarsa, Polşa onlara kömək edəcək”.

Baş nazir bildirib ki,Polşa digərlərindən fərqli olaraq xəbərdarlıq siqnallarına diqqət verir: “Həmrəy olacağımız halda biz Rusiyadan qat-qat güclüyük. Prezident Putin bilir ki, Qərbi məğlub etmək üçün onu parçalamaq lazımdır. Ona görə də biz bir olmalıyıq. Rusiya geosiyasi sistemə hücum etdiyinə görə siyasi yollarla cəzalandırılmalıdır. Mən hamını Rusiya Prezidentini təcrid etməyə çağırıram. Unutmamalıyıq ki, müharibədə qalib gəlmək kifayət deyil”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Polşa  





Xəbər lenti