İrəvanda müəmmalı intihar: MTX kapitanı özünü binadan atdı

      İrəvanda müəmmalı intihar:    MTX kapitanı özünü binadan atdı
  19 May 2022    Oxunub:1028
Ermənistanda müəmmalı qətl hadisəsi baş verib. AzVision.az xəbər verir ki, yerli media İrəvanda evlərdən birində kişi meyitinin tapılması barədə məlumat yayıb. Kriminal xəbər saytı olan "Shamshyan"ın məlumatına görə ilk baxışda bu adi bir ölüm hadisəsi təsiri bağışlasa da, ölən şəxsin kimliyi bir qədər şok effekti yaradıb.
"Mayın 19-u saat 04:00 radələrində Nor-Nork polis şöbəsinə Minsk küçəsindəki həyətlərdən birində kişi meyitinin tapılması barədə məlumat daxil olub. Hadisə yerinə polis və müstəntiqlər gəlib. Hüquq-mühafizə orqanları ölənin şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, o 32 yaşlı İrəvan sakini Mamikon O. adlı şəxsdir. İlkin məlumata görə, kişi özünü 6-cı mərtəbədən ataraq intihar edib", - sayt yazıb.

Nəşrin məlumatına görə, intihar etdiyi deyilən şəxs Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşı olub və kapitan rütbəsi daşıyırmış.

Bəzi saytlar MTX əməkdaşlarının nadir hallarda intihar etdiyini yazıblar. Qeyd edilir ki, bu sovet dövründən qalma bir mexanizmdir ki, qara-qura işlərdə öz "xidməti" vəzifəsini yerinə yetirmiş şəxsi belə üsullarla aradan götürərək təbii ölüm və ya intihar görüntüsü yaradırlar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İntihar  





Xəbər lenti