Almaniya kansleri: "Rusiya qalib gəlməməlidir"

     Almaniya kansleri:    "Rusiya qalib gəlməməlidir"
  19 May 2022    Oxunub:847
Almaniya NATO-nu Ukrayna münaqişəsinin tərəfinə çevirəcək addımlar atmayacaq.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib. “Almaniya tərəfindən heç bir tək addım olmayacaq. “Biz NATO-nu müharibənin tərəfinə çevirəcək heç nə etməyəcəyik. Hücuma məruz qalan bir ölkəni müdafiə etməyə kömək etmək üçün heç bir eskalasiya yoxdur”.

Kansler yenə deyib ki, Rusiya qalib gəlməməlidir. Şolts eyni zamanda Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.


İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Almaniya  





Xəbər lenti