İrəvanda polislə müxalifətçilər arasında dava düşdü - VİDEO

   İrəvanda polislə müxalifətçilər arasında dava düşdü -    VİDEO
  19 May 2022    Oxunub:524
Ermənistanda etiraz aksiyaları davam edir. AzVision.az xəbər verir ki, artıq polis bir neçə fəalı saxlayıb. Etirazçılardan biri İrəvanda Hrazdan stadionunun yaxınlığında avtobusun üstünə çıxdığı üçün polislər onu bölməyə aparıblar. Qeyd edilir ki, müxalifətçi əlində bayraq yelləyərək şüarlar səsləndirib.
İrəvanda etiraz aksiyaları keçirilir - VİDEO
Həmin şəxsin polis avtobusuna mindirilməsini görən kütlə yolu bağlayıb ki, müxalifətçi fəal bölməyə aparıla bilməsin. Nəticədə polislə etirazçılar arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanları yolda hərəkətin bərpasını təmin edib.

Qeyd edək ki, səhər saatlarından başlayaraq İrəvanın müxtəlif yerlərində vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Fəallar İrəvanın mərkəzi küçələri ilə yürüş edərək, bəzi prospekt və yolları bağlamağa çalışırlar.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Polis   Aksiya  







Xəbər lenti