"Təhlükə dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir" - QMİ sədri

   "Təhlükə dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir" -    QMİ sədri
  19 May 2022    Oxunub:1222
Müasir dövrdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək soyqırım cinayətlərinə gətirib çıxarır
AzVision.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Bakıda keçirilən “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, nifrət sövq edən, böhranların yaranmasında münaqişələrin alovlanmasında dindən istifadə edən ekstremizmi, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını, hər hansı bir dinin ardıcıllarına qarşı zorakılıq və terror aktlarını qətiyyətlə pislənilir.

@Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasi məqsədlərlə sui-istifadəsindən irəli gəlir. Odur ki, dini icmaların müqəddəs saydıqları məqamlara qarşı hər hansı həqarətli hərəkətlər sanksiyaya məruz qalmalı, dindən sui-istifadə edən ekstremizmi rədd edən dəyərlər fəal şəkildə inkişaf etdirilməlidir. Azərbaycan xalqı və dövləti dünyada insan cəmiyyətləri arasında həmrəylik va qardaşlıq bağlarının möhkəmləndirilməsi yönündə bütün səmimi təşəbbüsləri dəstəkləyir".

AzVision.az



Teqlər:





Xəbər lenti