Əfqanıstanda naməlum infeksiya yayıldı

Əfqanıstanda naməlum infeksiya yayıldı
  19 May 2022    Oxunub:1346
Əfqanıstanın cənubundakı Zabul əyalətində 200 nəfərdən çox şəxs naməlum infeksiyaya yoluxub.
Onlarla insan müalicə olunmaq üçün artıq əyalətin inzibati mərkəzi olan Kalat şəhərinin tibb müəssisələrinə köçürülüb. Qeyd edilir ki, bəzi xəstələrin vəziyyəti ağırdır.

Xəstələrə dəqiq diaqnoz hələ qoyulmayıb, lakin əlamətlər vəba xəstəliyinə bənzəyir.

Əfqanıstanın “Haşt-e Sübh” qəzetinin yazdığına görə, yerli həkimlər kütləvi xəstəliyin əsas səbəbinin gigiyena qaydalarına riayət edilməməsi olduğunu düşünürlər.

AzVision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti