Xalasının evindən oğurluq edən şəxs ələ keçdi

   Xalasının evindən oğurluq edən şəxs ələ keçdi
  18 May 2022    Oxunub:1125
Xaçmazda xalasının evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb. Ağdaşda isə qonşusunun evindən oğurluq edən şəxs yaxalanıb. O, tanışı ilə əlbir olaraq mənzildən müxtəlif əşyalar aparıb. Samuxda da oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıblar.

Bu şəxs xalasının evindən 6 min manata yaxın qızıl zinət əşyaları oğurlamada şübhəli bilinir.

Xaçmaz Polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənov saxlanıb. O, xalasına məxsus evə daxil olaraq oradan ümumilikdə 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və bu kimi müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ağdaş şəhərində yerləşən evlərin birində də oğurluq edilib. Zərərçəkmiş polisə müraciət edərək yaşadığı evdən özünün olmadığı müddətdə dəmir boruların, müxtəlif məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını və ona 1500 manata yaxın maddi ziyan dəydiyini bildirib. Keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkmişin qonşusu Rahim Musayev və xarici ölkə vətəndaşı Kamran Mamedov şübhəli şəxs qismində saxlanıblar.




Faktla bağlı cinayət işi başlanıb.

Samuxda da oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıblar. Araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi evdən müxtəlif məişət avadanlıqlarını oğurlayıblar

Şübhəli şəxslər saxlanaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil veriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti