"Qaqarin kraliçanın ayağını sığallamışdı" - Sensasion iddia

"Qaqarin kraliçanın ayağını sığallamışdı" -  Sensasion iddia
  18 May 2022    Oxunub:3206
Britaniyalı jurnalist və yazıçı Endryu Morton 1961-ci ildə kosmosa uçan ilk şəxs kimi tarixə düşən rus kosmonavtı Yuri Qaqarinin kraliça II Yelizavetanın ayağını sığalladığını yazıb. Morton “Daily Mail” qəzetində dərc olunan məqaləsində hadisənin 1961-ci ildə Qaqarinin kommunizmi təbliğ etmək üçün göndərildiyi dünya turu zamanı baş verdiyini bildirib.
Müəllif hadisənin kral ailəsinin Londondakı rəsmi iqamətgahı olan Bukinqham sarayında baş verdiyini iddia edib. İddiaya görə, II Yelizaveta kosmonavtı sarayda səhər yeməyində qəbul edib. Kraliçanın yanında əyləşən Qaqarin əli ilə II Elizabetin dizini sığallayıb. Həmin vaxt kofe içən kraliça Qaqarinin bu hərəkətindən çox təəccüblənsə də, sakit və hiss olunmadan gülümsəməyə davam edib.

Qaqarin təəccüblənən kraliçaya baxaraq: "Mən sənin gəlincik deyil, real insan olduğuna əmin olmaq üçün ayağına toxundum", - deyib.

Kosmonavt səhər yeməyi zamanı hansı bıçaqdan istifadə edəcəyinə əmin olmadığını da bildirilib. Kraliça bunu anlayaraq nəzakətlə “Cənab Qaqarin, mən bu sarayda böyümüşəm, amma inanın, hələ də bilmirəm ki, bütün bu çəngəl-bıçaqlardan hansı ardıcıllıqla istifadə edim”,- deyərək gərgin kosmonavta təsəlli verməyə çalıb.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti