Ərdoğan: “Finlandiya və İsveç inciməsin, hə deyə bilmərik”

      Ərdoğan:    “Finlandiya və İsveç inciməsin, hə deyə bilmərik”
  16 May 2022    Oxunub:942
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz.
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. “Onda NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olduğu yerə çevriləcək. Biz hə deyə bilmərik, inciməsinlər”, - Türkiyə lideri deyib.

Ərdoğan öz qərarını həm də onunla əsaslandırıb ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına bu ölkələrdəki terrorçuların ekstradisiyası ilə bağlı müraciətini təmin etməkdən imtina etdikdən sonra razılıq verməyəcək.

“Əvvəllər Yunanıstan NATO-dan çıxıb, sonra yenidən daxil olub. İndi mən xalqıma sual verirəm: alyansın əsas ölkələri Yunanıstanı dəstəkləyirmi? Dəstəkləyirlər. Orada baza yaradırlarmı? Yaradırlar. Onlara necə etibar edə bilərik? İsveç terror yuvasıdır, parlamentdə PKK terrorçuları var. Biz onlara necə inanaq?”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Türkiyə   NATO  





Xəbər lenti