ÜST KXDR-ə COVID-19-la mübarizədə kömək təklif edib

ÜST KXDR-ə COVID-19-la mübarizədə kömək təklif edib
  16 May 2022    Oxunub:776
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Koreya Xalq Demokratik Respublikasında (KXDR) koronavirusun yayılmasından narahatdır və COVID-19a qarşı mübarizədə bu ölkəyə yardım göstərməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə ÜST-nin Cənub-Şərqi Asiya üzrə regional direktoru Punam Hetrapal Sinqh bildirib.

Onun sözlərinə görə, ÜST testlərin genişləndirilməsi, xəstələrin monitorinqinin gücləndirilməsi, ölkəni lazımi tibbi ləvazimat və dərmanlarla təmin etmək üçün KXDR-ə texniki dəstək verməyə hazırdır.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ÜST  





Xəbər lenti