Şri Lankanın 75 milyon dollara ehtiyacı var

Şri Lankanın 75 milyon dollara ehtiyacı var
  16 May 2022    Oxunub:1226
Ciddi iqtisadi böhran içində olan Şri Lanka vacib malların idxalını ödəmək üçün yaxın bir neçə gün ərzində 75 milyon dollara ehtiyac ı var.
AzVision.az xəbər verir ki, bunu Şri-Lankanın yeni baş naziri Ranil Vikramasinqh bəyan edib.

“Növbəti bir neçə ay həyatımızın ən çətin ayları olacaq. Biz bəzi fədakarlıqlar etməyə və zamanın çağırışları ilə üzləşməyə hazır olmalıyıq. Yaxın bir neçə gündə təxminən 75 milyon dollara ehtiyacımız var. Hazırda bizim cəmi bir günlük yanacağımız var. Bu yaxınlarda çatdırılma ilə dizel yanacağı qıtlığı problemi müəyyən qədər həll olunacaq”,-deyə, o bildirib.

Onun sözlərinə görə, ölkə istehlakçılarını qazla təmin etmək üçün də dərhal 20 milyon dollar lazımdır. Belə ki, kerosin və mazutla bağlı vəziyyət daha kəskindir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: ŞriLanka  





Xəbər lenti