İran parlamentinin rəsmisi Bakıya gəldi

   İran parlamentinin rəsmisi Bakıya gəldi
  16 May 2022    Oxunub:437
Mayın 16-da İran İslam Respublikası İslam Şurası Məclisi sədrinin birinci müavini Əli Nikzadın başçılıq etdiyi parlament nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycana səfərə gəlib.
AzVision.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İranın parlament nümayəndə heyətini Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi və digər rəsmi şəxslər qarşılayıblar.

AzVision.az

Teqlər: İran  







Xəbər lenti