“Baltika 0” “Bakı Marafonu-2022”yə sərinlik qatdı
Çoxsaylı beynəlxalq tədqiqatlar göstərir ki, alkoqolsuz pivə təbii izotonikdir, fiziki məşqlərdən sonra su balansını bərpa edir və orqanizmi “A”, “B” və “E” vitaminləri ilə zənginləşdirir.
Məhz buna görə, sərinlənmə və gücünü bərpa etmək üçün bütün marafon iştirakçılarına finiş nöqtəsində moruq, qreypfrut, laym dadlı alkoqolsuz “Baltika 0” təklif olundu.
“Alkoqolsuz pivə bütün dünyada aktiv həyat tərzi sevənlər arasında populyarlıq qazanıb və biz Azərbaycanda sağlam həyat tərzi sevənləri dəstəkləməkdən, idmanın inkişafına öz töhfəmizi verməkdən və iştirakçılara Carlsberg Azerbaijan portfelindən olan “Baltika 0” məhsulunun təbii dadından zövq almaq imkanı verməkdən məmnuniyyət duyuruq”, - deyə Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis qeyd edib.
Məhsul haqqında məlumat:
"Baltika 0 Qreypfrut", "Baltika 0 Moruq" və "Baltika 0 Laym" isti yay günündə sərinlənmək üçün mükəmməl zəngin meyvəli dad ilə süzülməmiş alkoqolsuz pivənin yumşaqlığının unikal birləşməsidir.
AzVision.az
Teqlər: