Kuleba: “NATO alyans olaraq Ukraynaya kömək etməyib”

      Kuleba:    “NATO alyans olaraq Ukraynaya kömək etməyib”
  16 May 2022    Oxunub:971
“NATO bir təşkilat olaraq hazırkı vəziyyətdə Ukraynaya kömək etmək üçün heç nə etməyib”. AzVision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Bloomberg telekanalına müsahibəsində bildirib.
“Biz ittifaqın bir hissəsi olan müttəfiqlərə minnətdarıq, onların bizə necə kömək etdiyini heç vaxt unutmayacağıq. Lakin NATO alyans olaraq heç nə etməyib”, - o deyib.

Bununla yanaşı, Kuleba Ukraynaya yardım göstərən Avropa İttifaqının mühüm rolunu qeyd edib: “Avropa İttifaqı güclü iqtisadi sanksiyalar tətbiq edib, Ukraynaya iqtisadi və hərbi dəstək verib, hərbi yardımı maliyyələşdirib. NATO isə yalnız bəyanatlarında müxtəlif səviyyələrdə narahatlıq ifadə edə bilib”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ukrayna  





Xəbər lenti