"Larsda yük maşınlarından ibarət uzun tıxac yaranıb. O qədər yük maşını yığılıb ki, növbə bəlkə də Tbilisiyə çatıb. Bizə yenicə Tbilisiyə yaxın, Qudauridən çox da uzaq olmayan ərazidən yolun kənarında dayanmış yüzlərlə yük maşınlarının videosunu göndərdilər videosunu göndərdilər. Ən pisi isə odru ki, həmin avtomobillər tez xarab olan mallarla yükləniblər. İndi maşınların günlərlə növbəyə durmasından həm ixracatçılar, həm də yükdaşıyanlar böyük itkilər verirlər", - məqalədə yazılıb.
Məqalədə keçmiş deputat Naira Zöhrabyana istinad edilərək yazılıb ki, gürcülər erməni sürücülərinə qarşı ayrı-seçkilik edirlər. Onlar vaxtaşırı Türkiyə və Azərbaycana aid yük maşınlarını sərhəddən keçirirlər, ermənilərin isə heç bir səbəb olmadan sənədlərinə baxmırlar.
"Ermənistan hakimiyyəti isə bir neçə gündür növbədə duran sürücülərimizlə bağlı heç nə etmir", - müəllif yazıb.
Tural Tağıyev
AzVision.az
Teqlər:
Ermənistan
Gürcüstan