İrəvanda içində müxalifətçilər olan polis maşını yandı

   İrəvanda içində müxalifətçilər olan  polis maşını yandı
  16 May 2022    Oxunub:1146
Bu gün Ermənistanda keçirilən etiraz aksiyası zamanı maraqlı və təhlükəli anlar yaşanıb. AzVision.az xəbər verir ki, polis müxalifətin təşkil etdiyi yürüşdə etirazçıları saxlayaraq xidməti avtomobillərə doldurub.
İrəvanda saxlanılan müxalifətçilərin sayı 32 -yə çatdı
Kiçik avtobuslardan birində isə qəfl tüstü yaranıb. Qeyd edilir ki, vətəndaşları zorla maşınlarda oturdan polislər avtobusun xarab olduğunu əvvəlcədən bilməyiblər.

"Polislərdən biri "Nə oldu? Maşını dəyişin, tez dəyişin" deyib qışqırıb. Mitinq iştirakçısı olmayan və yoldan keçən vətəndaşlar isə cavabında "Axmaqlar, siz insanların həyatı ilə oynayırsınız, alovlanan maşınla xidmət aparmazlar" deyib.

Qeyd edək ki, bu gün müxalifət səhər saatlarında paytaxta yaxın yollarda avtoyürüş təşkil edib. İrəvana daxil olmağı hədəfləyən etirazçılar 4 istiqamətdə yürüş keçiriblər. Artıq bir neçə gündür ki, müxalifət avtomobillərlə etiraz aksiyası keçirir. Bu isə Ermənistan paytaxtının dar küçələrində uzun tıxaclara səbəb olur.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis  





Xəbər lenti