Çernobaevkada 75 rus hərbçisi öldürülüb

Çernobaevkada 75 rus hərbçisi öldürülüb
  16 May 2022    Oxunub:950
Ukrayna Silahlı Qüvvələri sutka ərzində rus hərbçilərinin mövqelərinə 100-dən çox zərbə endirib. Çernobaevka yaxınlığında 80-ə yaxın əsgər öldürülüb. AzVision.az xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.
Bildirilir ki, ruslar xüsusən də Xerson və Nikolayev vilayətlərində güclənməkdə davam edir, aktiv hücum əməliyyatları isə keçirmirlər.

“Bu arada bizim raket və artilleriya bölmələrimiz aviasiya ilə birgə fəaliyyət göstərərək gün ərzində düşmənin mövqelərinə 100-dən çox zərbə endirib. Nəticədə sursat anbarı məhv edilib. 75 hərbçi və 20-yə yaxın texnika, haubitsalar, 4 minaatan kompleksi, 2 zirehli və 4 adi texnika, 2 texniki xidmət sexi və 1 PUA məhv, - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti