"İki Su-25, bir Su-24 və 10 PUA vurmuşuq" - Rusiyalı general

   "İki Su-25, bir Su-24 və 10 PUA vurmuşuq" -    Rusiyalı general
  16 May 2022    Oxunub:797
Rusiya Ukraynada aparılan hərbi əməliyyatlara dair yeni məlumat yayıb. AzVision.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus iki hücum, bir bombardmançı və pilotsuz təyyarəni vurduğunu açıqlayıb.
- Rusiyanın hava hücumundan müdafiə sistemləri Nikolayev vilayətinin Evqenovka və Velikaya Kamışeva yaşayış məntəqələrində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsini vurub. Bundan başqa, İlan adası ərazisində Ukraynaya məxsus bir Su-24 təyyarəsi də vurulub. Həmçinin Luqanskın Novosvetlovka, Xarkov vilayətinin Dementyevka, İzyum və Malıe Proxodı, Donetskin Donetsk, Vısokoye və Kalinovskoe yaşayış məntəqələri üzərində on pilotsuz uçuş aparatı məhv edilib. Sovet istehsalı olan iki Tu-143 "Reys" sıradan çıxarılıb, - general deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti