Gələn il Şuşada şagirdlər məktəbə gedəcəklər

   Gələn il Şuşada şagirdlər məktəbə gedəcəklər
  16 May 2022    Oxunub:665
Bu ilin sonu Şuşada tikilən məktəb təhvil veriləcək və artıq gələn ildən uşaqlar sərbəst məktəbə gedə biləcəklər.
AzVision.az xəbər verir ki, bunu Oxu.az-a müsahibəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov deyib.

"Şuşada 1№-li məktəb var idi ki, ermənilər onu dağıtmışdılar. Prezidentimiz həmin yerdə yeni məktəbin təməlini qoydu. 960 şagirdlik məktəb olacaq və bütün lazımi avadanlıq ilə təchiz olunacaq.

Bu məktəb ilk növbədə burada xidmət edən, bərpa-quruculuq işləri aparan şəxslərin uşaqları üçün nəzərdə tutulub. Təsəvvür edin, burada daimi olaraq polislər, həkimlər, qoruğun əməkdaşları fəaliyyət göstərirlər ki, onlar da məktəbə görə ailələrini gətirə bilmirlər".

AzVision.az



Teqlər:





Xəbər lenti