Ermənistan polisi 21 etirazçını saxlayıb

   Ermənistan polisi 21 etirazçını saxlayıb
  16 May 2022    Oxunub:1028
İrəvanda keçirilən etiraz aksiyaları zamanı 21 nəfər saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
"Səhər saat 10:00-a olan məlumata görə, polis müxalifətin "Müqavimət" hərəkatının İrəvanda təşkil etdiyi avtoyürüşün 21 iştirakçısını saxlayıb", - yerli media yazıb.

Qeyd edək ki, bu gün müxalifət səhər saatlarında paytaxta yaxın yollarda avtoyürüş təşkil edib. İrəvana daxil olmağı hədəfləyən etirazçılar 4 istiqamətdə yürüş keçiriblər. Artıq bir neçə gündür ki, müxalifət avtomobillərlə etiraz aksiyası keçirir. Bu isə Ermənistan paytaxtının dar küçələrində uzun tıxaclara səbəb olur.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti