Şimali Koreyada COVID həyəcanı: Kim Çen In orduya göstəriş verdi

      Şimali Koreyada COVID həyəcanı:    Kim Çen In orduya göstəriş verdi
  16 May 2022    Oxunub:1035
Ötən həftə COVID-19-a ilk yoluxma aşkarlanan Şimali Koreyada müəmmalı infreksiyadan ölənlərin sayı 50-ə çatıb.
Dövlət nəzarətindəki Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, 392 min 900 nəfərdə səbəbi bəlli olmayan temperatur müşahidə olunub. Dünən axşam ölkədə bu infeksiyaya yoluxanların sayında kütləvi artım qeydə alınıb. Belə ki, Şimali Koreyada şübhəli halların sayı ümumilikdə 1 milyon 21 minə çatıb.

Məlumatda qeyd olunub ki, Kim Çen In ötən gün hakimiyyətdə olan Koreya Fəhlə Partiyasının Siyasi Bürosunun fövqəladə iclasını çağırıb və orduya epidemiya ilə mübarizəyə dəstək verməyi tapşırıb. Koreya lideri “məsuliyyətsiz iş tərzinə” görə kabinet və ictimai səhiyyə bölmələrinin əməliyyat imkanlarını da tənqid edib.



Agentlik həmçinin bildirib ki, Çen In dərman təchizatı ilə bağlı məlumat almaq üçün Pxenyanda apteklərə baş çəkib. Lider apteklərdə kifayət qədər dərman saxlama yerinin olmadığını, satıcıların müvafiq sanitar sistemlərlə təchiz olunmadığını və əhalinin dərmanlarla kifayət qədər təmin edilmədiyini də təndiq edib.



Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti