Rusiya XİN: “İsveç və Finlandiyanın NATO-ya daxil olması səhv olacaq”

      Rusiya XİN:    “İsveç və Finlandiyanın NATO-ya daxil olması səhv olacaq”
  16 May 2022    Oxunub:1048
İsveç və Finlandiyanın NATO-ya daxil olması daha bir səhv olacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, İsveç və Finlandiyanın Alyansa daxil olmasından sonra hər iki ölkənin təhlükəsizliyi güclənməyəcək.
O, əlavə edib ki, rəsmi Moskvanın reaksiyası Stokholm və Helsinki tərəfindən atılan konkret addımlardan asılı olacaq.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   XİN  





Xəbər lenti