Rusiya Yaponiya yaxınlığında hərbi təlim keçirib

   Rusiya Yaponiya yaxınlığında hərbi təlim keçirib
  16 May 2022    Oxunub:973
Rusiya Federasiyasının Tu-142 sualtı qayıqlar əleyhinə təyyarələri Oxot dənizi üzərində uçuşlar həyata keçirib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, uçuşlarda məqsəd bir sıra təlim tapşırıqlarını yerinə yetirmək olub.

- Sakit Okean Donanması Tu-142 təyyarələrinin ekipajlarını əlaqələndirmək və Oxot dənizi üzərində sualtı qayıqlara qarşı missiyaları yerinə yetirmək üçün planlı təlim uçuşları həyata keçirib, - mətbuat donanmaya istinadən yazıb.

Məlumatda qeyd edilir ki, iki Tu-142 təyyarəsi sualtı qayıqların axtarışına çıxıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Təlim   Rusiya  





Xəbər lenti