Ermənistanın yardım fondundan 100 milyon dollar oğurlanıb

   Ermənistanın yardım fondundan    100 milyon dollar oğurlanıb
  16 May 2022    Oxunub:388
Ermənistanda "çirkli pullar"la bağlı yeni qalmaqal yaranıb. AzVision.az xəbər verir ki, "Hayastan" fraksiyasının deputatı Artur Kazinyan "Hayastan" Ümumerməni Fondundan 100 milyon dollar oğurlandığını iddia edib.
Ermənistanda "Hayastan" fondu müəmması
Bu gün isə deputat Gevorg Papoyan həmkarının qalmaqallı açıqlamasına reaksiya verib.

- Robert Köçəryanın Artur Kazinyan adlı müavini var. O, "Hayastan" Ümumerməni Fondundan 100 milyon dollar oğurlandığını iddia edib. Hər şeyə ləkə atmaq siyasəti çərçivəsində “Hayastan" Fonduna ilişmək prosesi davam edir. Prosesin qurbanı yalnız Ermənistan vətəndaşları və Qarabağ erməniləri olacaq. Kazinyan və onların “tərəfdarlarına” xatırladıram ki, parlamentdə Daşnaksütyundan olan Artsvik Minasyanın sədrliyi ilə istintaq komissiyası yaradılıb. Lakin 6 ay ərzində komissiya bir dəfə də olsun “oğurluq” faktı qeydə almayıb. Hətta biz bir aydan artıqdır ki, komissiya üzvlərindən, Artsvik Minasyan və Hayk Mamicanyandan müddətin uzadılmasını gözləyirik. Buna razıyıq da. Qanun imkan vermir, əks halda onlara 6 yaxud, 16 ay vaxt verərdik ki, nə qədər istəyirlərsə, bu məsələyə baxsınlar, - deputat milyonluq yeyinti halı barədə deyib.



Deputat Babken Tunyan da 100 milyonluq oğurluq işinin hələlik sübut olunmadığını deyib. O qeyd edib ki, hətta iddianı araşdıranlar belə yanlış yolda olduqlarını anlayırlar.

- Bir dəfə “Hayastan” Ümumerməni Fondunun xərclərini araşdırmaq üçün komissiyanın iclası oldu və iclasda fondun direktoru da iştirak etdi. Canlı yayım dayandırılanda jurnalistlərlə işçilər getdilər. Zalda yalnız üç fraksiyadan olan deputatlar qaldı. Dedim zəhmət olmasa bu suala cavab verin: Doğrudanmı elə düşünürsüz ki, hökumət vəsaitləri cibinə qoyub belə addım ata bilər? Konkret cavabı xatırlamıram, amma üz ifadələrini xatırlayıram. Hər halda orada “hə” cavabı yox idi.
Cənab Kazinyan, sübut olunmuş yeganə fakt odur ki, siz və sizin fraksiyanız 6 aydır eyni sualları təkrarlayaraq, təşəbbüs göstərdiyiniz istintaq komissiyasının müddətinin uzadılmasında uğursuzluğa düçar oldunuz, - Deputat deyib.

Qeyd edək ki, bu "Hayastan" Fondu ilə bağlı ilk müəmmalı hal deyil.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Fond  







Xəbər lenti