“Azovstal” 3000 dərəcə temperatur yaradan mərmilərlə vuruldu

   “Azovstal” 3000 dərəcə temperatur yaradan mərmilərlə vuruldu
  15 May 2022    Oxunub:707
Rusiya ordusu "Azovstal" zavodunu 3000 dərəcə istilik yaradan mərmilərlə atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Ukrayna Baş Prokurorluğu bəyan edib ki, bu mərmilərdən istifadə beynəlxalq humanitar hüquqla qadağandır və bu, açıq mənbələrdə öz əksini tapıb.

Fak üzrə Ukrayna Baş Prokurorluğu cinayət işi açıb.

Qeyd edək ki, “Azovstal”da yeraltı bunkerlərdə 1000-ə yaxın ukraynalı hərbçi var, onlardan 600-ü yaralanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti