“Bir şəhid anasının ürəyinə su səpə biliriksə..." - Bayraktar

   “Bir şəhid anasının ürəyinə su səpə biliriksə..." -    Bayraktar
  15 May 2022    Oxunub:681
Türkyənin “Baykar Makina” hərbi sənaye müəssisəsinin rəhbərlərindən biri olan Səlcuq Bayraktar Boğaziçi Universitetində Qabaqcıl İdarəetmə Təcrübələri Forumuna (IBPF 2022) qatılıb.
Tədbirdəki çıxışında insanın özünü hər zaman ön planda tutan bir varlıq olduğunu deyən Bayraktar, əslində texnoloji inkişafın təməlində məhz insan anlamının dayandığını bildirib.

“Nə işi görsən də, yalnız özündən başqa ailənin, ailəndən başqa cəmiyyətin, cəmiyyətdən başqa millətin, millətdən başqa da insanlığın olduğunu düşünərək görülən işlər əsl dəyərə malikdir. Türkiyədə apardığımız işlərlə bir şəhid anasının ürəyinə su səpə biliriksə, hazırladığımız texnika ancaq o zaman məna qazanır”, - deyə Bayraktar qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti