Avropa Parlamenti Türkiyəni təcridlə hədələyib

   Avropa Parlamenti Türkiyəni təcridlə hədələyib
  15 May 2022    Oxunub:728
"Əgər Türkiyə Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulmasına mane olmağa davam edərsə, NATO bu ölkəni tamamilə təcrid edəcək".

Bunu Avropa Parlamentinin aparıcı fraksiyasının - Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber deyib.
Onun sözlərinə görə, NATO-nun birliyini şübhə altına alan hər kəs cəmiyyət daxilində təcrid olunacaq.

“Əgər hər iki ölkə özləri NATO-ya üzv olmaq istəyirsə, Finlandiya və İsveç onun bir hissəsidir, heç bir sual yoxdur. Onu ləngitmək və ya bloklamaq üçün heç bir səbəb yoxdur”,- Veber Funke media qrupuna müsahibəsində deyib.

Qeyd edək ki, Berlində keçirdiyi brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bir daha ölkəsinin Finlandiya və İsveçin NATO-ya üzv olması üçün açıq şərtlərini açıqlayıb:

“Biz bazarlıq etmirik, bu, siyasi sövdələşmənin elementi deyil. Bizim mövqeyimiz aydındır - terrorçularla əməkdaşlığın tamamilə dayandırılması və Türkiyəyə silah tədarükündəki maneələrin aradan qaldırılması. Bu sövdələşmə deyil, alyansdakı müttəfiqlik münasibətlərinin yaratdığı zərurətdir”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti