Gürcüstan NATO-nun sammitinə dəvət olunacaq

Gürcüstan NATO-nun sammitinə dəvət olunacaq
  15 May 2022    Oxunub:667
Gürcüstan NATO-nun güclü potensiala malik tərəfdaşıdır və onun nümayəndələri alyansın Madriddə keçiriləcək sammitinə dəvət olunacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coane deyib.

"Biz uzun illərdir onlarla birlikdə işləyirik və bildiyimə görə, Madriddə keçiriləcək NATO sammitinə Gürcüstan rəhbərliyi dəvət olunacaq. NATO üçün açıq qapı siyasəti mühüm olaraq qalır. Deyə bilərəm ki, Gürcüstan çox vacib tərəfdaşdır" , - deyə M.Coane bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti