"Türkiyə "Azovstal"dan yaralı hərbçilərin təxliyəsinə hazırdır " - Kalın

   "Türkiyə "Azovstal"dan yaralı hərbçilərin təxliyəsinə hazırdır " -    Kalın
  15 May 2022    Oxunub:877
"Türkiyə Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyənin irəli sürdüyü təklif Ukrayna və Rusiya tərəfi ilə müzakirə edilib, lakin Moskva bununla razılaşmayıb.

“Azovstal”dan təxliyə edilənlərin əvvəlcə quru yolu ilə Berdyansk limanına çatdırılması planlaşdırılır, daha sonra Türkiyə gəmisi insanları İstanbula çatdıracaq", - deyə Türkiyə rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti