Rusiya "Azovstal"a fosfor bombaları atdı - Video

   Rusiya "Azovstal"a fosfor bombaları atdı -   Video
  15 May 2022    Oxunub:926
Rusiya ordusu "Azovstal"a fosfor və ya yandırıcı bombalar atıb. Bu barədə şəhər merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

"Mariupol. "Azovstal". Yenə - göydən, dənizdən, yerdən. Dünən işğalçılar ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər. Nəticəni mütəxəssislərin öhdəsinə buraxacağıq.",- Andryuşşenko deyib.
Onun sözlərinə görə, rus hərbçilər özləri termit təbəqəli 9M22S yandırıcı mərmilərdən istifadə etdiklərini iddia edirlər. Yanma temperaturu təxminən 2-2,5 min dərəcə Selsidir. Yanğının qarşısını almaq demək olar ki, mümkün deyil.

"Cəhənnəm yer üzünə qalxdı. "Azovstal"a. Müdafiəçilərimizin necə dayanması inanılmazdır", - o əlavə edib və "Azovstal"dan video yayımlayıb.



Qeyd edək ki, "Azovstal" dakı zirzəmilərdən dinc əhalinin təxliyyəsindən sonra rus qoşunları ukraynalı əsgərlərin müdafiə etdiyi zavodu ələ keçirmək cəhdlərini dayandırmır. Zavodun ərazisinə raket-bomba zərbələri endirilir, artilleriya və tankların köməyi ilə hücum əməliyyatları həyata keçirilir.

Prezident Vladimir Zelenskinin sözlərinə görə, "Azovstal"da yerləşən Ukrayna ordusunu xilas etmək üçün nüfuzlu vasitəçilər və dövlətlər cəlb olunub. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı iddia edir ki, zavodun mühasirədən çıxarılması üçün çoxlu sayda hərbi qüvvə tələb olunur.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti