Rusiya qurğuşun ixracına lisenziya tətbiq etdi

Rusiya qurğuşun ixracına lisenziya tətbiq etdi
  14 May 2022    Oxunub:2069
Rusiya hökuməti qurğuşun ixracına lisenziya tətbiq edib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq qərar Rusiya hökumətinin rəsmi portalında dərc olunub.

Qərar görə, mayın 15-dən noyabrın 15-dək federasiya ərazisindən emal edilməmiş qurğuşun, həmçinin onun qırıntılarını yalnız xüsusi razılıq əsasında çıxarmaq mümkündür.

Müvafiq ixrac lisenziyasını Sənaye və Ticarət Nazirliyi verəcək.

AzVision.az



Teqlər: Rusiya   Qurğuşun  





Xəbər lenti