Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub

Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan olunub
  14 May 2022    Oxunub:1038
Ukraynada rusiyayönlü partiyaların fəaliyyəti qadağan edilib.
AzVision.az xəbər verir ki, bununla bağlı qanunu Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb. Ali Rada sənədi mayın 3-də qəbul edib.

Ukraynanın bəzi qanunvericilik aktlarına siyasi partiyaların qadağası ilə bağlı dəyişikliklər edilməsi haqqında qanun mayın 6-da imzalanmaq üçün Zelenskiyə göndərilib. Bu gün, mayın 14-də sənəd dövlət başçısının imzası ilə Radaya qaytarılıb.

AzVision.az



Teqlər: Ukrayna   Partiyalar  





Xəbər lenti