Əliyev və Ərdoğan Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər

      Əliyev və Ərdoğan    Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər
  14 May 2022    Oxunub:971
Azərbaycan və Türkiyə liderləri Ermənistanla əlaqələrin normallaşdırılmasını müzakirə ediblər.
AzVision.az xəbər verir ki, Prezidentin İlham Əliyevin Türkiyənin Rize şəhərində həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mayın 14-də Türkiyənin Rize şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

AzVision.az



Teqlər: Əliyev   Ərdoğan  





Xəbər lenti