Zaxarova ərzağın qiymətindən danışıb

Zaxarova ərzağın qiymətindən danışıb
  14 May 2022    Oxunub:836
Ərzağın qiyməti Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə yüksəlir.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniya xarici işlər naziri Annalena Berbokun açıqlamasını şərh edərkən deyib.

“ABŞ-ın təzyiqi altında kollektiv Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən qiymətlər yüksəlir. Birbaşa səbəblər haqqında danışsaq, bunu başa düşməmək ya axmaqlığın, ya da camaatı bilərəkdən çaşdırmağın əlamətidir”, - Zaxarova qeyd edib

AzVision.az



Teqlər: Zaxarova   Ərzaq  





Xəbər lenti