“Böyük Yeddilik” Ukraynaya silah yollayacaq

“Böyük Yeddilik” Ukraynaya silah yollayacaq
  14 May 2022    Oxunub:725
“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri Ukraynanın sərhədinin dəyişdirilməsini tanımadıqlarını bəyan ediblər.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalen Berbok “G-7”-nin xarici işlər nazirlərinin Berlində keçirilən qeyri-rəsmi toplantısından sonra bildirib.

Onun sözlərinə görə, “G-7”-nin XİN başçıları Ukrayana lazım olan silah-sursatı tədarük edəcəklərinin bir daha təsdiqləyiblər. Nazirlər bildiriblər ki, Ukraynadakı vəziyyət qlobal iqtisadiyyatın inkişaf perspektivini pisləşdirib.

Qeyd edək ki, “G7” Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klubdur.

AzVision.az



Teqlər: G7   Ukrayna   Silah  





Xəbər lenti