Rus hərbçiləri “ölüm kartları”na salındılar – FOTOLAR

   Rus hərbçiləri “ölüm kartları”na salındılar –    FOTOLAR
  14 May 2022    Oxunub:2068
2014-cü ildən Ukraynaya aktiv müdaxilədə iştirak edən Rusiya hərbi cinayətkarların və yerli kollaborasionistlərin siyahılarını hazırlayan, habelə qlobal şəbəkədə məxfi və kəşfiyyat xarakterli materialların monitorinqini aparan baynəlxalq InformNapalm cəmiyyətinin aktivistləri yeni təşəbbüslə çıxış ediblər.
Moskvadakı terrorla bağlı daha bir şübhəli saxlanılıb
Onların hazırlayaraq, Ukraynanın Müdafiə Nazirliyinin yardımı ilə çap etdirdikləri yeni oyun kartlarının üzərində Rusiya ordusunun hərbi cinayətlər törətmiş şəxsi heyət üzvlərinin, aktiv antiukrayna mövqeyi ilə seçilən siyasətçilərin və propaqandistlərin şəkilləri yer alıb.

Əslində ideya yeni deyil. Hələ 2002-сi ildə ABŞ ordusunun Baş Komandanlığı tərəfindən əsgərlərə paylanılan və "ölüm dəsti" (“Most Wanted” və s. adlar da mövcuddur) adlandırılan oyun kartlarında İraqın sabiq başçısı Səddam Hüseyn və onun hökümətinin ən vacib personaları əks olunmuşdu. 2002-ci ilin 11 aprelində ABŞ ordusunun Qətərdə yerləşən Mərkəzi Komandanlıq Qərargahında keçirilən rəsmi təqdimatdan sonra oyun kartları Amerika əsgər və zabitlərinə paylanılmışdı ki, onlar axtarışda olanların simalarını yadda saxlaya bilsinlər.


ABŞ-ın İraq kampaniyasından sonra “Most Wanted” seriyasına aid kart dəstləri şəxsi kolleksiyalarda yer almışdı. “Ebay” elektron satış platformasında onlara 100 dollara qədər dəyər verən olurdu.

"Ölüm dəsti" seriyasının uğurundan sonra ABŞ ordusunun komandanlığı "arxeoloji" oyun kartları çap etməyə qərar verir. Onlar Amerika əsgərlərinə İraqın mədəni irsini qorumağı izah etmək üçün nəzərdə tutulmuşdu. Ümumilikdə "arxeoloji" seriyaya aid 40.000 kart dəsti istehsal olunub İraqa göndərilmişdi...

Hans Kloss
AzVision.az üçün


Teqlər: Rusiya   Ukrayna  





Xəbər lenti