İranda aclıq: Kütləvi etiraz aksiyaları keçirilir - FOTOLAR

      İranda aclıq:    Kütləvi etiraz aksiyaları keçirilir -    FOTOLAR
  14 May 2022    Oxunub:811
İranın müxtəlif şəhərlərində ərzaq məhsullarının qiymətinin artırılması və bəzi qida məhsullarının çatışmazlığı kütləvi etiraz aksiyalarına səbəb olub.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. Məlumata görə, etirazlar əsas Loristan əyalətinin Burucard və Durud şəhərlərində, Çaharmahal Bəxtiyari əyalətinin Cunqan və Farsan şəhərlərində, Kohquluye və Boyer-Əhməd əyalətlərində keçirilib.



Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib, aksiyanı dağıtmaq üçün atəş açıb. İran mediasının məlumatına görə, ötən gecə aksiyalarda 22 nəfər saxlanılıb. Bildirilir ki, aksiya keçirilən şəhərlərdə internet məhdudlaşdırılıb.



AzVision.az

Teqlər: İran  







Xəbər lenti