Dehlidə yanğın - 26 nəfər ölüb

Dehlidə yanğın -    26 nəfər ölüb
  13 May 2022    Oxunub:1036
Hindistanın paytaxtında baş verən yanğın nəticəsində 26 nəfər ölüb, 40-dan çox insan yaralanıb. AzVision.az xəbər verir ki, bu barədə NDTV telekanalı ölkə paytaxtının polisinə istinadən məlumat yayıb.
"Bu günə kimi 26 cəsəd tapılıb, 40-dan çox insan yanıb və xəstəxanaya yerləşdirilib", - polis bildirib.

Yanğın şəhərin qərbində ticarət obyektində baş verib. Polisin məlumatına görə, binadan təxminən 70 nəfər xilas edilib və yanğınsöndürənlər daha bir mərtəbəyə qalxa bilmədiyi üçün ölənlərin sayı arta bilər.

Hindistan prezidenti yanğında həlak olanların ailələrinə başsağlığı verib.

AzVision.az


Teqlər:





Xəbər lenti