Rusiyanın Ermənistandakı poliqonunda partlayış - Çoban öldü

  Rusiyanın Ermənistandakı poliqonunda partlayış -     Çoban öldü
  13 May 2022    Oxunub:976
Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasına məxsus Şirak rayonundakı Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.
Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan Sputnik Ermənistan-a bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb və yaxınlıqdakı Vəhramaberd kəndindən olan çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb, baza komandanlığı bu barədə əvvəlcədən xəbərdarlıq edir.

"Mərmi əvvəlki təlimlərdən qalan ola bilərdi. Həmçinin sel sularını boşaltmaq üçün xəndəklər var. Su mərmiləri götürüb başqa yerə ata bilərdi. Ola bilsin ki, çoban mərmi görüb ona yaxınlaşıb", - Arşakyan bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti