İntihar edən erməni əsgərə görə 2 hərbçi saxlanılıb

   İntihar edən erməni əsgərə görə 2 hərbçi saxlanılıb
  13 May 2022    Oxunub:417
İki gün öncə ölmüş Argişti Yegiyan adlı erməni əsgərin intiharını təfərrüatları məlum olub. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Erməni əsgər ürəyindən güllələndi
Qeyd edilir ki, mayın 11-də saat 10:15 radələrində hərbi hissələrdən birində qumbaraatan köməkçisi olan sıravi hərbi qulluqçu Argişti Yegiyan mövqelərdən birində olarkən özünə döş qəfəsindən avtomatdan atəş açaraq intihar edib. Onu intihara sürükləməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

Yerli media əsgərə qarşı amansız və ya ləyaqəti alçaldan rəftara görə 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözlədiyini yazıb.

Qeyd edək ki, Ermənistan ordusunda intihar halları və silahlı insidentlər adi hal alıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ermənistan   Əsgər   İntihar  







Xəbər lenti