Mask “Twitter”n alınması ilə bağlı müqaviləni dayandırdı

      Mask “Twitter”n alınması ilə bağlı müqaviləni dayandırdı
  13 May 2022    Oxunub:1179
“Twitter”i 44 milyard dollara almaq istəyən amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask eyniadlı sosial şəbəkədə saxta hesabların sayı ilə bağlı məlumatların təsdiqlənməsi gözləntiləri ilə əlaqədar şirkətin satın alınması ilə bağlı sövdələşmənin dayandırıldığını açıqlayıb.
AzVision.az xəbər verir ki, buna səbəb spam və saxta hesablardır.

“Spam və saxta hesabların həqiqətən də istifadəçilərin 5 faizdən azını təşkil etməsi ilə bağlı hesablamanı dəstəkləyən detallar dəqiqləşmədiyinə görə “Twitter”in alınması ilə bağlı müqavilə təxirə salınıb” – deyə Mask bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Müqavilə  





Xəbər lenti