Bakıda səfirlik əməkdaşı ağır qəzaya düşdü

   Bakıda səfirlik əməkdaşı ağır qəzaya düşdü
  13 May 2022    Oxunub:721
Bakıda Türkiyə vətəndaşı yol qəzasına düşüb.
Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu AzVision.az -a bildirib ki, 1987-ci il təvəllüdlü Yüzak Taner ağır vəziyyətdə saat 11 radələrində xəstəxanaya gətirilib:

“Yaralıya dərhal ilkin tibbi yardım göstərilib. Kompüter tomoqrafiyası və ultrasəs müayinəsi aparılıb. Hazırda yaralı qapalı kəllə beyin travması ilə Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır stabildir”.

“Trend”in məlumatına görə, avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan T.Yüzak Türkiyə səfirliyinin əməkdaşıdır.

AzVision.az


Teqlər: Türkiyə  





Xəbər lenti