Bolqarıstan iyulun 1-dən Azərbaycandan qaz alacaq

   Bolqarıstan iyulun 1-dən Azərbaycandan qaz alacaq
  13 May 2022    Oxunub:1001
Bolqarıstan iyulun 1-dən Azərbaycandan qazı tam həcmdə ala biləcək.
AzVision.az xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Kiril Petkov parlamentdə keçirilən dinləmələrdə bildirib.

"Biz Azərbaycandan qazı iyulun 1-dən tam həcmdə ala bilərik, bu tədarük Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatmasından asılı deyil", - hökumət başçısı bildirib.

Petkov həmçinin bildirib ki, ABŞ-dan iki tankerə maye qazın tədarükü ilə bağlı müqavilə iyun ayında imzalanıb və gəmilərin boşaldılması üçün yer ayrılıb: "Amerika qazı da Bolqarıstana çatdırılacaq, hər şey razılaşdırılıb", o əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Bolqarıstan  





Xəbər lenti