Rusiya ABŞ-ın Ukraynaya verdiyi radar sistemini vurub

   Rusiya ABŞ-ın Ukraynaya verdiyi radar sistemini vurub
  13 May 2022    Oxunub:305
Rusiya aviasiyası Ukrayna ordusunun canlı qüvvə və texnikasının cəmləşdiyi 153 ərazini vurub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov brifinq zamanı məlumat verib.
O qeyd edib ki, ABŞ istehsalı olan radar da məhv edilib.

- Xarkov vilayətində Ukraynaya məxsus iki “Qrad” reaktiv yaylım atəş sistemi və ABŞ istehsalı olan hava hücumundan müdafiə xəbərdarlığı və istiqamətləndirici radarı məhv edilib. Rusiyanın hava hücumundan müdafiə sistemləri gün ərzində Xarkov vilayətində Ukraynaya məxsus Su-27 qırıcısını, eləcə də müxtəlif ərazilərdə 15 pilotsuz uçan aparatını da vurub,- Konaşenkov deyib.

Tural Tağıyev
AzVision.az

Teqlər: Rusiya  







Xəbər lenti