"Nəşriyyatlar can verir" - Deputat

   "Nəşriyyatlar can verir" -    Deputat
  13 May 2022    Oxunub:195
"Nəşriyyatlar can verir. Qəzetlər can verib qurtarıb artıq".
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik".

Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib: "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar".

AzVision.az

Teqlər:







Xəbər lenti