Avstriya kansleri “Qazprom”u hədələdi

   Avstriya kansleri “Qazprom”u hədələdi
  13 May 2022    Oxunub:245
“Əgər “Qazprom” Zalsburqdakı qaz anbarını doldurmasa, Avstriya anbarı şirkətin əlindən alacaq”. AzVision.az xəbər verir ki, bunu Avstriya kansleri Karl Nehammer “Kronen Zeitung” qəzetinə müsahibəsində deyib. “Rusiyanın “Qazprom”u bizim ən böyük anbarımızı doldurmasa, biz onu digər təchizatçılar üçün onlardan alacağıq”-deyə, o bildirib.
Qeyd edək ki, rəsmi Vyana aprelin 27-də Rusiyanın yeni qaz ödənişi sxemi üzrə şərtlərini qəbul edib. Bundan əvvəl ölkənin energetika naziri Leonore Qevessler Avstriyaya qazın fasiləsiz olaraq verildiyini təsdiqləyib. O əlavə edib ki, bu il Rusiyadan yanacaq tədarükü olmadan anbarları qışa qədər doldurmaq mümkün olmayacaq, lakin Vyana mənbələri diversifikasiya etmək niyyətindədir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Avstrya  







Xəbər lenti